AZ

​"Fənərbaxça" Taliska ilə bağlı qərarını verdi

"Fənərbaxça" braziliyalı ulduzu Taliskanın xidmətindən razıdır. Buna görə də İstanbul klubu 31 yaşlı futbolçunun daha 2 il komandanın şərəfini qorumağını istəyir. Metbuat.az xəbər verir ki, dünyanın bir çox nüfuzlu klubunda forma geyinən Taliska 1 il əvvəl İstanbula gəlib. O, ötən il "Fənərbaxça ilə 1,5 illik müqavilə imzalayıb. Taliskanın müqaviləsi mövsümün sonunda başa çatacaq. Türkiyə mediasının yazdığına görə, "Fənərbaxça" təcrübəli qolçu ilə yollarını ayırmaq istəmir. Taliskaya 2 illik müqavilə təklif olunacaq. Amma bu dəfə onun illik maaşı 10 deyil, 5 milyon avro olacaq. KİV braziliyalı futbolçunun bu təklifə müsbət yanaşdığını yazıb.

Qeyd edək ki, Taliska "Fənərbaxça" forması ilə 25 rəsmi matça çıxıb. O, 14 dəfə rəqib qapıçıları məyus edib.

Seçilən
39
metbuat.az

1Mənbələr