Xəbər verdiyimiz kimi,dekabrın 22-də 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.
R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmə qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
NOCOMMENT.az xəbər verir ki, Oxu24.com-un əldə etdiyi məlumata görə,Ruslan Eyyubovun hüquqlarını vəkil Tural Şahbazov müdafiə edir.
O,Güvən Vəkil Bürosunda fəaliyyət göstərir. Alman, İngilis, Rus, Türk dillərini bilir.
Maraqlı məqamlardan biri də vəkilin fəaliyyət göstərdiyi mərkəz “World Business Centre”də yerləşir.