AZ

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi kim olacaq? - son durumla bağlı rəsmi açıqlama

Elmar Baxşıyevlə yolları ayıran "Araz-Naxçıvan" hələ yeni baş məşqçisinin adını açıqlamayıb. Ancaq azərbaycanlı mütəxəssisin işini itirməsindən cəmi bir neçə saat sonra Ukrayna mediasında bu postun yeni sahibinin Andrey Demçenko olacağı haqda məlumatlar dərc edildi. Hətta ukraynalının artıq "qırmızı-ağlar"la müqaviləyə qol çəkdiyi haqda bilgilərə də rast gəldik.
İnformasiyanin səhih olub-olmadığına aydınlıq gətirmək məqsədilə naxçıvanlıların mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq. Klub rəsmisinin "Football-plus.az"a cavabı:
"Hələ hansısa məşqçi ilə müqavilə imzalanmayıb. Bu xəbərlər həqiqəti əks etdirmir. Namizəd mütəxəssislərlə danışıqlar davam edir. Məsələ yekunlaşacağı təqdirdə yeni baş məşqçinin kimliyi ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
KƏNAN BAHADIR

Seçilən
93
1
football-plus.az

2Mənbələr