AZ

“Qarabağ“ın qapıçısı: “Məqsədimiz çempionluqdur, ancaq...”

“Hər bir komandanın eniş və yüksəliş dövrü olur”.

İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ“ın qapıçısı Fabian Buntiç deyib.

Ölkəmizdə ikinci mövsümünü keçirən xorvat kökənli almaniyalı kiper Sportinfo.az-a açıqlamasında Misli Premyer Liqasında rəqabətin ciddi olduğunu bildirib.

Onun fikrincə, indidən hansı komandanın birinci yeri tutacağını söyləmək tezdir:

“Hələ qarşıda 4 ay var. Turnir cədvəlində gərginlik yaranıb. Xal fərqi elə də çox deyil. Ona görə də indidən proqnoz vermək doğru olmaz. Bəli, məqsədimiz çempionluqdur, ancaq bunun nə vaxt baş verəcəyini zaman göstərəcək”.

İdman.Biz
Seçilən
54
2
idman.biz

3Mənbələr