AZ

Pezeşkiandan SENSASİON ANONS: Tammiqyaslı müharibə vəziyyətindəyik

İran prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ, İsrail və Avropa ilə faktiki olaraq tammiqyaslı müharibə şəraitində olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Qərb dövlətləri və İsrail İranın güclənməsini və müstəqil şəkildə ayaqda durmasını istəmir. Bu barədə Pezeşkian İranın ali dini lideri ayətullah Əli Xameneinin rəsmi saytında dərc olunan müsahibəsində danışıb.

Prezident vurğulayıb ki, İranın hərbi potensialı əvvəlki hücumlarla müqayisədə xeyli güclənib. O bildirib ki, hazırda İrana qarşı hər hansı zərbə endiriləcəyi təqdirdə, Tehran daha sərt və qətiyyətli cavab verməyə hazırdır.

Pezeşkian eyni zamanda İranın qonşu ölkələrlə münasibətlərində irəliləyiş əldə edildiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr inkişaf edir.

Bundan başqa, Çin, Rusiya və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın da genişləndirildiyi vurğulanıb.

Seçilən
60
17
editor.az

10Mənbələr