Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Publika.az xəbər verir ki, görüşün videogörüntüləri Kremlin “Telegram” kanalında yayımlanıb .
Həmin görüntülərdə siyasətçilər dəyirmi masada üz-üzə oturublar. Onların qarşısında bıçaq-qaşıq və stəkanlar var. Masa həmçinin ağ güllərlə bəzədilib.
Putin və Nazarbayev sonuncu dəfə 2025-ci ilin may ayında görüşmüşdülər .