AZ

Polis şaxtalı hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır

Hazırda ölkənin qərb bölgəsində və dağlıq ərazilərdə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.

Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət davam etdirilir.

Polis
Seçilən
35
10
apa.az

10Mənbələr