AZ

Aston Villa Çelsi səfərində geridönüşlə qalib gəldi

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İngiltərə Premyer Liqasının növbəti turunda “Aston Villa” səfərdə “Çelsi”ni məğlub edib.

"Unikal" xəbər verir ki, Londonun “Stemford Bric” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı meydan sahibləri açıblar. Joao Pedro 37-ci dəqiqədə fərqlənərək “Çelsi”ni önə çıxarıb. Lakin ikinci hissədə təşəbbüsü ələ alan “Aston Villa” geridönüşə imza atıb. Komandanın kapitanı Olli Uotkins 63-cü və 84-cü dəqiqələrdə vurduğu qollarla görüşün taleyini həll edib.

Bu qələbə ilə “Aston Villa” Premyer Liqada vacib 3 xal qazanıb, “Çelsi” isə doğma meydanda növbəti xal itkisi ilə üzləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
8
unikal.az

9Mənbələr