futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Afrika Millətlər Kubokunun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Sessi D Almeyda və “Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Muminin formasını geyindiyi Benin yığması növbəti matçına çıxıb. Sözügedən komanda Botsvanadan üstün olub – 1:0.
Sessi görüşə start heyətdə başlayıb və 54-cü dəqiqədə əvəzlənib. Mumini isə bu matçda iştirak etməyib.
Benin yığması D qrupnda 3 xalla üçüncü sıradadır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.