AZ

Zelenski səssizcə başı ilə razılıq verib

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kanadanın baş naziri Mark Karni Ukrayna lideri Vladimir Zelenski ilə görüş zamanı bildirib ki, münaqişənin nizamlanmasında hazırda “kritik mərhələ” başlayıb, lakin prosesin uğuru Rusiyadan asılıdır. Zelenski isə bu fikrə yalnız səssizcə başı ilə işarə edib.

Sherg.az xəbər verir ki, Karni qeyd edib:

“Ədalətli və davamlı sülh üçün şərtlərimiz və imkanlarımız var.”

Daha əvvəl Mark Karni Ukraynaya 1,83 milyard dollar həcmində maliyyə yardımının ayrıldığını açıqlayıb. Ottava bu vəsaiti Kiyevin maliyyə dəstəyinə yönəldəcək və bunun beynəlxalq institutların iştirakı ilə bərpa proseslərinin başlanmasına töhfə verəcəyini gözləyir. Onun sözlərinə görə, Kanada tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək və Kiyevə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda dəstək verməkdə qərarlıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
sherg.az

1Mənbələr