AZ

ABŞ-də təxirə salınan uçuşların sayı 5 mini keçib

ABŞ-nin şimal-şərqinə yağan qar səbəbindən 5 mindən çox aviareys gecikib.

"Far.Az" xəbər verir ki, bu məlumatlar ixtisaslaşmış "FlightAware" portalı tərəfindən təqdim olunub.

Məlumata görə, şənbə günü 5 588 reysin sərnişinləri gecikmələrlə üzləşib, daha 862 reys isə ləğv olunub.

Bu həftə ABŞ-nin şimal-şərqində güclü qar yağışı müşahidə olunur. "ABC News" telekanalının bildirdiyinə görə, cümə günü Nyu-York ştatında 15 sm-ə qədər qar yağıb. Yerli hakimiyyət orqanları zərurət olmadıqca səfərlərdən çəkinməyi tövsiyə edib.

Nyu-Yorkdakı Con Kennedi və La-Quardiya hava limanları sosial şəbəkələrdə əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıqlar yayıblar. Nyu-Cersi ştatındakı Nyuark Hava Limanının rəhbərliyi isə sərnişinlərə aeroporta çatmaq və yoxlamalardan keçmək üçün daha çox vaxt ayırmağı tövsiyə edib.

Güclü qar yağışı və yollarda buzlanma təhlükəsi Kannektikut, Rod-Aylend və Pensilvaniya ştatlarını da əhatə edib.

Seçilən
76
2
far.az

3Mənbələr