Bakı. Trend:
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlərin sosialadaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri dəonların məşğulluğunun təminatıdır.
Trend xəbər verir ki, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət MəşğulluqAgentliyi tərəfindən bu ilin 11 ayında həmin kateqoriyadan olan1218 nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatagörə, onlardan 919 şəxs münasib işlərlə təmin olunub, 254 şəxs isəkiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluqproqramına cəlb edilib. 45 işsiz şəxs üçün isə peşə hazırlığıkursları təşkil olunub.