AZ

Tanya Fayon:Avropa çoxqütblü dünyada zəif mövqedədir

BAKI, 28 dekabr. TELEQRAF

Avropa Rusiya, ABŞ və Çinin böyük təsirə malik olduğu çoxqütblü dünyada zəif rol oynayır.

Teleqraf xəbər verir ki, bunu Sloveniya Baş nazirinin müavini, xarici işlər naziri Tanya Fayon deyib.

Nazirin sözlərinə görə, hazırda münasibətlərin rəqabət xarakter daşıdığı açıq şəkildə çoxqütblü dünya formalaşıb:

"Eyni zamanda geosiyasət Vaşinqton – Pekin – Moskva oxu üzrə inkişaf edir. Bu kontekstdə Avropa yalnız siyasi deyil, həm də iqtisadi və texnoloji baxımdan olduqca zəif vəziyyətdədir."

Tanya Fayyon ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasında Avropa ilə bağlı hissənin sənədin onda birindən də az yer tutduğuna diqqət çəkərək, bunun Vaşinqtonun Avropaya münasibətini açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb:

"Bu şəraitdə Avropa İttifaqının, o cümlədən iqtisadi sahədə, öz təhlükəsizliyi barədə müstəqil şəkildə düşünməsi vacibdir".

Seçilən
81
teleqraf.com

1Mənbələr