AZ

“Oreşnik” raketlərinin Belarusda ehtimal olunan yeri açıqlanıb...

...Moskva, ehtimal ki, Belarusun şərqindəki keçmiş aviabazada nüvə silahı daşıya bilən yeni hipersəs ballistik raketlər yerləşdirir.

SİA xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, bu, Rusiyanın Avropaya raket çatdırmaq qabiliyyətini artıra bilər. İki amerikalı tədqiqatçı Belarusdakı keçmiş aviabazanı peyk görüntülərini araşdırarkən kəşf edib.

Məsələ ilə tanış olan bir şəxsin sözlərinə görə, bu, ABŞ kəşfiyyatının tapıntıları ilə uyğun gəlir.

Kaliforniyadakı Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun tədqiqatçıları Ceffri Leuis və Virciniyadakı CNA tədqiqat və təhlil təşkilatının tədqiqatçıları Deker Evelet, “Oreşnik” raketlərinin yerləşdirilməsi ilə bağlı nəticəni kommersiya peyk şirkəti Planet Labs-dan görüntülərə əsaslandırdıqlarını bildiriblər.

Leuis və Evelet, mobil “Oreşnik” buraxılış qurğularının Belarusun paytaxtı Minskdən təxminən 307 kilometr şərqdə və Moskvadan 478 kilometr cənub-qərbdə yerləşən Kriçev yaxınlığındakı keçmiş aviabazada yerləşdiriləcəyinə 90 faizəmin olduqlarını bildiriblər.

Əli Babayev

Seçilən
48
1
sia.az

2Mənbələr