AZ

Xorvatiya 2026-cı ildən öz hava məkanına müstəqil nəzarət etməyə başlayacaq

Xorvatiya 2026-cı il yanvarın 1-dən etibarən ölkənin hava məkanına nəzarəti öz üzərinə götürməyi və bunu Fransada istehsal olunan, ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı "Rafale" qırıcıları vasitəsilə həyata keçirməyi planlaşdırır.

"Far.Az"un məlumatına görə, bu barədə respublikanın Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə qurumundan qeyd olunub ki, hava məkanına nəzarət və onun müdafiəsi NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemi çərçivəsində həyata keçiriləcək.

"2026-cı il yanvarın 1-dən Xorvatiya Respublikası çoxməqsədli döyüş təyyarələri olan "Rafale" vasitəsilə öz hava məkanına nəzarəti və müdafiəni öz üzərinə götürəcək", – deyə nazirlik vurğulayıb.

Seçilən
47
1
far.az

3Mənbələr