AZ

Su təchizatı üçün 1,6 milyon manatlıq avadanlıqlar alınacaq

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin (PHŞ) siyirtmə, demontaj parçaları və komplektləşdirici hissələrin satın alınması ilə bağlı keçirdiyi müsabiqə yekunlaşıb.

Ölkə.az xəbər verir ki, tenderin qalibi "Boruavadanlıq" MMC olub.

Tenderin məbləği 1 milyon 665 min 841.4 manat təşkil edir.

Xatırladaq ki, satınalma şərtlərinə əsasən, müsabiqə çərçivəsində müxtəlif ölçü və təzyiq göstəricilərinə malik əks-klapanların alınması nəzərdə tutulur. Belə ki, flanşlararası, yaylı mexanizmə malik 250 mm-lik polad əks-klapandan beş ədəd, diametri 800 mm olan və 25 atmosfer təzyiqə davamlı polad əks-klapandan 15 dəst, 50 mm diametrli bürünc əks-klapandan isə 20 ədəd tələb olunur.

Bundan əlavə, 80 mm diametrli və 16 atmosfer təzyiqə hesablanmış polad əks-klapandan 10 ədəd, çirkab sular üçün nəzərdə tutulan 400 mm diametrli çuqun əks-klapandan 10 ədəd, həmçinin flanşlararası tipdə, çirkab sular üçün istifadə olunan 100 mm diametrli polad əks-klapandan 10 dəst satın alınacaq.(oxu.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
2
olke.az

3Mənbələr