AZ

Samsung istifadəçilərinə ŞAD XƏBƏR

“Samsung” “Galaxy S26” seriyasına aid smartfonlarda peyk vasitəsilə səs və video zənglərin dəstəklənməsi imkanı yarana bilər.

Publika.az xəbər verir ki, bu barədə “TechRadar” portalı məlumat yayıb.

Məlumata görə, gələcək flaqman smartfon seriyasına Exynos Modem 5410 modemi inteqrasiya edilə bilər. Bu modem peyk bağlantısı vasitəsilə mobil şəbəkəyə qoşulmadan səs zəngləri, video zənglər, mesajlar və coğrafi məlumatların göndərilməsi üçün nəzərdə tutulub.

Peyk funksiyalarının həyata keçirilməsi üçün “Samsung” ABŞ operatoru “Skylo” ilə əməkdaşlıq edir. Yeni imkanların əlçatanlığı region və tərəfdaşın yerli infrastrukturu ilə bağlı ola bilər.

“Exynos Modem 5410” həmçinin 5G şəbəkələrində yüksək sürətli məlumat ötürülməsini dəstəkləyir — saniyədə 14,79 Gbit-ə qədər. Həll paketində üç standart birləşdirilib: LTE DTC səs və video zənglər üçün, NB-IoT NTN mətn mesajları üçün və NR-NTN daha çox resurs tələb edən məlumat ötürülməsi üçün.

Seçilən
89
1
publika.az

2Mənbələr