Goranboyda ər və arvad dəm qazından zəhərlənib, vəziyyətləri ağırdır.
Ucnoqta.az xəbər verir ki, hadisə hadisə rayonun Şahməmmədli kəndində baş verib. Kənd sakinləri 1975-ci il təvəllüdlü A.Qəribov və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü A.Qəribova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım edilib, hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.