AZ

Hərbçilərin Ukraynaya göndərilməsi təhlükəlidir Dağdələn

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Ukraynada sülhün təmin edilməsi adı altında Almaniya hərbçilərinin bu ölkəyə göndərilməsi çağırışları son dərəcə təhlükəlidir.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Ağıl və Ədalət İttifaqı Partiyasının xarici siyasət üzrə eksperti Sevim Dağdələn X hesabında yazıb.

O bildirib ki, Avropa Birliyinin bayrağı altında Almaniya hərbçilərinin Ukraynaya göndərilməsi Rusiya ilə qarşıdurmanı daha da dərinləşdirər.

Ekspert, eyni zamanda Kiyevə silah tədarükünə və Bundesverin Ukraynaya göndərilməsinə də qəti şəkildə qarşı çıxıb.

Qeyd edək ki, dekabrın 26-da Avropa Xalq Partiyasının və onun Avropa Parlamentindəki fraksiyasının rəhbəri Manfred Veber Almaniya hərbçilərinin Avropa bayrağı altında Ukraynada sülhün təmin olunmasında iştirakını təklif etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
3
axar.az

4Mənbələr