AZ

Futbola baxmaq üstündə ailəsini qətlə yetirdi

ABŞ-nin Florida ştatında bir kişi futbola baxmaq üstündə həyat yoldaşını güllələyərək öldürüb, ögey qızını ağır yaralayıb və sonra intihar edib. 

"Unikal" xəbər verir ki, 47 yaşlı Ceyson Kenni sevimli komandası "San Francisco 49ers" ilə "Indianapolis Colts" arasında oynanan oyunu izləyərkən 38 yaşlı həyat yoldaşı Kristal Kenni artıq futbol izləmək istəmədiyini bildirib. Ceyson axşam boyunca spirtli içki qəbul edib və cütlük arasında qızğın mübahisə başlayıb.

Kristal 12 yaşlı oğluna qonşusunun evinə gedib polisə zəng etməsini deyib. Hakimiyyət orqanları bildirib ki, yolda o, silah səsi eşidib.

Hadisə yerinə gələn polislər Kristalın cəsədini və ağır yaralı 13 yaşlı qızını tapıblar. Cütlüyün ən kiçik qızı beşikdə olub və heç bir zərər görməyib.

Daha sonra Ceyson Nyu-Yorkdakı bacısına zəng edərək qətl törətdiyini və bir daha onu görməyəcəklərini deyib. Ceyson bundan sonra canına qəsd edib. 

Seçilən
50
3
unikal.az

4Mənbələr