AZ

Ukrayna millisinin futbolçusu “Qalatasaray”a keçə bilər

BAKI, 28 dekabr. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubu İngiltərənin “Everton” komandasının və Ukrayna millisinin futbolçusu Vitali Mikolenkonun transferi üçün hərəkətə keçib.

Teleqraf “Fotospor” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı sol cinah müdafiəçisini yanvarda heyətinə qatmağı planlaşdırır.

Mikolenkonun “Everton”la müqaviləsinin 2026-cı ilin yayında başa çatır. Liverpul təmsilçisi onu yayda azad agent kimi itirməmək üçün qış transfer pəncərəsində satmağa çalışacaq.

Qeyd edək ki, cari mövsümdə Vitali Mikolenko bütün turnirlərdə 16 oyunda meydana çıxıb.

Seçilən
40
teleqraf.com

1Mənbələr