AZ

Serbiya yaxın gələcəkdə pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Serbiya Prezidenti Aleksandar Vuçiç qlobal gərginliyin artması və milli təhlükəsizliyin gücləndirilməsi zərurəti səbəbindən ölkədə pilotsuz uçuş aparatlarının (PUA) genişmiqyaslı istehsalına başlanacağını elan edib.

TurkicWorld xəbər verir ki, o, bu barədə Müdafiə Nazirliyi və Serbiya Silahlı Qüvvələrinin Baş Qərargahı üçün yeni kompleksin təməlqoyma mərasimində jurnalistlərə bildirib.

"Biz çoxlu sərmayə qoyuruq. Ehtiyatımızda nə qədər dron olduğunu görüb təəccüblənəcəksiniz. Mart ayının sonunda böyük bir dron istehsalı zavodunun açılışını gözləyirəm. İstehsal burada, Serbiyada təşkil ediləcək", - deyə dövlət başçısı qeyd edib.

Seçilən
30
2
turkic.world

3Mənbələr