AZ

Ukrayna millisinin ən bahalı futbolçularından biri yanvarda Qalatasaray a keçə bilər

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubu "Everton"un müdafiəçisi Vitali Mikolenkonu transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Fotospor" məlumat yayıb.

Mənbənin sözlərinə görə, İstanbul klubu transferi yanvarda yekunlaşdırmaq istəyir. Oyunçunun İngiltərə klubu ilə müqaviləsi cari mövsümün sonuna qədərdir.

Daha əvvəl mediada Ukraynalı oyunçunun bu yay "Everton"u pulsuz transferlə tərk edə biləcəyi bildirilirdi. 

Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 16 oyunda meydana çıxıb, "Transfermarkt" onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
sport24.az

1Mənbələr