AZ

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyi hava şəraitilə əlaqədar əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.

Nazirlikdən bildirib ki, dağlıq ərazilərdə yaşayan və ya səfər edən şəxslər mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalıdır.

Avtomobil ilə hərəkət edənlərə nəqliyyat vasitəsinin fəsilə uyğun texniki vəziyyətdə olmasını və kifayət qədər yanacaq ehtiyatını təmin etmələri tövsiyə olunur. Nazirlik həmçinin qar uçqunu ehtimalı olan dik yamaclardan kənar olmağı və gecə vaxtı səyahətdən çəkinməyi vurğulayıb.

Soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadəni artırdığından, FHN yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasının zəruri olduğunu bildirib. Nasaz və standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli və cihazlar nəzarətsiz qoyulmamalıdır.

FHN təhlükəsizlik qaydalarına riayət etməyin həyati əhəmiyyət daşıdığını xatırladıb və fövqəladə hallarda 112 xidmətinə müraciət edilməsini tövsiyə edib.

 

Seçilən
7
anews.az

1Mənbələr