AZ

“Müğənnilər 200 minlik maşında gəzirlər, atam bu vəziyyəti görsəydi ürəyi partlayardı”

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İncəsənətimiz, mədəniyyətimiz, sənətimiz gör kimlərin əlindədir! Gör kimlər əlinə mikrofon götürür! Çox biyabırçı vəziyyətdir. Nə geyimlərini bilmirlər, nə danışıqlarını, nə də özlərini aparmaq mədəniyyətləri var. Efirlər bu biyabırçılığı qəbul edir. O müğənniləri qudurdan da elə efirlərdir. Pulu var, buraxır dövriyyəyə, çıxır efirlərə! Aparıcının cibinə də basır, aparıcı da çıxıb bunu tərifləyir. Bozbaş dediyimiz müğənnilər 200 minlik maşınlarda gəzir. Oxuduqları mahnılar ümumiyyətlə bilinmir ki, kim tərəfindən yazılıb? Hanı o mahnıların bəstəkarı? Çıxıb efirdə deyir ki, filankəs qardaşım sözünü yazıb, filankəs dostum musiqi bəstələyib. Nə qədər ki, bunlar var incəsənətimiz batacaq. İnsanların zövqü artıq korlanıb”

Bunu Moderator.az-a açıqlamasında görkəmli xanəndə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O daha sonra əlavə edib:

“Maraqlısı burasındadır ki, efirlərə çıxan o müğənnilər deyir ki, “20 il əvvəl mən oxuyurdum”. Harada oxumusan? Sən hansı sənəti təbliğ edirsən? Hələ biri var çıxıb ancaq dəli kimi oynayır. Rəylərdə hamı ağzından çıxanı yazır. Mən də yazmışdım ki, görəsən heç utanır bu? Vüsalənin verilişinə çıxdı, dedi ki, “çayı qoyuram qabağıma, baxıram bu rəylərə, heç vecimə də almıram”. Bizim yazdığımız onun heç vecinə də deyil. Görmüşük ki, tənqiddən nəticə çıxararlar, amma bunlarda əksinədir! Verilişlər qara günlükdür. Səkinə İsmmayılova, Mələkxanım Əyubova kimi sənətkarlar efirlərdə olmalıdır. Görürəm ki, bu insanlar artıq efirlərə çox az çıxır.

Hərdən fikirləşirəm ki, kaş atam və digər böyük sənətkarlar sağ olardı, onlardan bəlkə çəkinərdilər. Amma indi görürəm ki, heç onlar da bata bilməzdilər bunlara. Atam indiki vəziyyəti görsəydi ürəyi partlayardı” deyə sənətkarın övladı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
1
moderator.az

2Mənbələr