AZ

Lavrov: Rusiya Fələstin dövlətinin yaradılmasını dəstəkləməkdə davam edir

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Fələstin-İsrail münaqişəsinin ədalətli həllinin tərəfdarı olaraq qalır və bu prosesdə əsas şərtlərdən biri həyat qabiliyyətli Fələstin dövlətinin yaradılmasıdır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin yekunlarına dair müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qəzza zolağında və ətrafında vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, Moskva Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquqa əsaslanan çərçivə daxilində ədalətli həllinə sadiq qalır. Lavrov qeyd edib ki, əsas məqsəd tarixi ədalətsizliyin aradan qaldırılması və İsraillə yanaşı mövcud olacaq həyat qabiliyyətli Fələstin dövlətinin yaradılmasının təmin edilməsidir.

Nazir vurğulayıb ki, sülh razılaşmalarının icrası ilə bağlı gələcək addımların qeyri-müəyyən qalması bölgədəki sabitliyi daha da zəiflədir. Onun fikrincə, bu məsələ həll olunmadan nə fələstinlilər və yəhudilər, nə də ümumilikdə Yaxın Şərq xalqları üçün davamlı sülhdən danışmaq çətindir.

Qeyd edək ki, Rusiya uzun illərdir Fələstin dövlətinin yaradılmasını Yaxın Şərqdə dayanıqlı sülhün əsas şərtlərindən biri kimi qiymətləndirir.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
bakivaxti.az

1Mənbələr