AZ

“Oğlu rəhmətə getmişdi, özü isə 8 il xərçəng xəstəliyindən əziyyət çəkdi”-sənət yoldaşlarının unutduğu Zahidə Məmmədsalahova haqda MARAQLI FAKTLAR

“Zahidə xanımla ailəvi get-gəlimiz olub. 1985-ci ildən etibarən onu tanıyırdım. 14-15 yaşımdan onunla Bakı toylarına getmişəm. Sənətini sevdiyimə görə yalnız onunla işləmişəm. Zahidə xanım o vaxt “Nigar” qızlar ansamblını yaratmışdı. Bu ansambıl vasitəsilə biz bir çox ölkələrə qastrol səfərlərinə getmişik. O vaxt “Lalə qızlar” ansambılı az fəaliyyət göstərirdi. Ən öndə gedən “Nigar” qızlar ansamblı idi. Əsgərlər üçün konsertlər təşkil edirdik, uşaq evlərinə, qocalar evinə gedirdik. Zahidə xanımın bu sahədə müstəsna xidmətləri olub”

Bunu Moderator.az-a açıqlamasında uzun illər tanınmış müğənni Zahidə Məmmədsalahova ilə çalışan qarmon ifaçısı Müşfiqə Arif qızı deyib. O daha sonra bu günlərdə dünyasını dəyişən sənətkar haqda dediklərinə əlavə edib:


“Zahidə xanım Corat kəndindən idi. Coratdakı bütün qız toylarını yalnız Zahidə xanım oxuyardı. İslam Rzayevin ansamblında solist olub. Bu sənət üçün çox işlər görmüşdü. Təəssüf ki, fəxri ad vermirdilər. Gedib-gəlirdi, məktublar yazırdı. Maraqlanmırdılar. Son illər ümumiyyətlə gedib-gələ bilmədi. Xəstəlik başını qatdı. Efirlərə də sırf xəstəliyi ucbatından çıxmırdı. 8 ilə qədər xərçəng xəstəliyindən əziyyət çəkdi. Son 3-4 il ərzində xəstəliyi sürətləndi. Evdə olurdu. 3 övladı var idi. Bir oğlu 3 il əvvəl rəhmətə getmişdi. Zahidə xanımın 75 yaşı var idi. 1 həftə reanimasiyada qaldı, sonra rəhmətə getdi” deyə o bildirib.


Müşfiqə xanım bildirib ki, baxmayaraq ki, Zahidə xanımın bu sənət aləmində bir çox sənətkarlarla münasibəti olub, amma yas mərasimində onları görməyib və bu vəziyyətdən çox mütəəssir olub:


“Nisə Qasımova, Nazpəri Dostəliyeva, Ağadadaş Ağayev və bir çox sənətkarlarla yaxın dost olub. İnsan unutqandır da. Yeganə müğənni olub ki, Zeynəb Xanlarovanın evinə gedib-gəlirdi. O illərdə böyük dostluğu olub. Zeynəb xanımın böyük oğlunun toyunda qadınlar arasında Zahidə xanım da olub. Zahidə xanımın oğlunun toyunu Zaur Kamal aparıb. Elgizlə də münasibəti yaxşı idi. Nə dəfnə gəldilər, nə də məclisə. Ailəsi onun adına uyğun məclis də verdi, ehsan da. Amma yaxşı olar ki, həmin sənətkarlar bir dəfə də olsa onu yada salsınlar. Axı bu insan sizin sənət dostunuz olub” deyə o bildirib.

Seçilən
30
1
moderator.az

2Mənbələr