AZ

"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı

"Formula-1" tarixində ən varlı beş pilot müəyyənləşib.

Avtosfer.az "GQ Sports" nəşrinə istinadən xəbər verir ki, siyahıya əfsanəvi pilot Mixael Şumaxer başçılıq edir.

Almaniyalı pilotun sərvəti 790 milyon dollar olaraq qiymətləndirilib. Lyuis Hemilton (304 milyon dollar) ikinci, Fernando Alonso isə (264 milyon dollar) üçüncü yerdə qərarlaşıblar.

Qeyd edək ki, ilk 5-likdə həmçinin Kimi Raykkonen (254 milyon) və Niki Lauda (203 milyon) yer alıblar.

Seçilən
52
7
avtosfer.az

8Mənbələr