BAKI, 28 dekabr. TELEQRAF
İngiltərənin "Kristal Pelas" klubunun baş məşqçisi Oliver Qlasner gələcək karyerası ilə bağlı qərarını verib.
Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis mövsümün sonunda komandasını dəyişəcək.
Avstriyalı mütəxəssis "qartallar"la 2026-cı ilin yayına başa çatacaq müqaviləni yeniləmək fikrində deyil.
Qlasner bu addımı klubun transfer siyasətindən razı olmadığı üçün atacaq.
Qeyd edək ki, Oliver Qlasner 2024-cü ilin fevralından "Kristal Pelas"ın baş məşqçisidir. "Qartallar" onun rəhbərliyi altında İngiltərə Kuboku və Superkubokunu qazanıb.