AZ

Milyonlarla rusiyalının ölkədən çıxışına niyə qadağa qoyulur?- İlginc səbəb açıqlandı

Təxminən 8 milyon rusiyalı vaxtında ödənilməyən borclar səbəbindən xaricə səyahət etməkdə çətinlik çəkəcək.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Nəşr Peşəkar Borc Yığım Agentliklərinin Milli Assosiasiyasına (NAPKA) istinad edib.

Assosiasiyadan bildirilib ki, Yeni il tətillərindən əvvəl borcluların Rusiyadan çıxmasını müvəqqəti olaraq məhdudlaşdıran təxminən 8,8 milyon əmr icradadır. NAPKA qeyd edib ki, bəzi hallarda bir neçə belə əmr tək bir şəxsə şamil edilə bilər, lakin bu nadir hal sayılır. Nəticədə, hazırda səyahət məhdudiyyətləri təxminən 8 milyon vətəndaşa şamil olunacaq.

NAPKA onu da izah edib ki, qadağa yalnız borc məhkəmə tərəfindən tanındıqdan sonra mümkün olacaq. Borcun rəsmən tanınmasından sonra məhkəmə icraçıları səyahət məhdudiyyətləri tətbiq etmək və müvafiq məlumatları Federal Təhlükəsizlik Xidmətinə(FSB) ötürmək hüququna malikdirlər ki, bu da həmin vətəndaşların ölkədən çıxmasını qeyri-mümkün edir.

Seçilən
91
3
publika.az

4Mənbələr