AZ

Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. 
NOCOMMENT.az xəbər verir ki, havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5 dərəcəyədək isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.

Seçilən
32
36
nocomment.az

10Mənbələr