AZ

Starmer Zelenski və Avropa liderlərinin kritik danışığında iştirak etməyib

BAKI, 28 dekabr. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa, Almaniya, İtaliya və Polşa liderlərinin iştirakı ilə keçirilən mühüm telefon danışığında iştirak etməyib. Danışıqlar Zelenskinin bazar günü ABŞ Prezidenti Donald Trampla Floridada keçiriləcək görüşü ərəfəsində baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanı zəngdə Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell təmsil edib. Starmerin danışıqlara qoşulması əvvəlcədən planlaşdırılmayıb və Pauell bu kimi görüşlərdə ölkəni mütəmadi olaraq təmsil edir.

Baş nazirin ofisi Starmerin Zelenski və digər liderlərlə mütəmadi əlaqə saxladığını, lakin sıx qrafik səbəbindən bu dəfə iştirak edə bilmədiyini açıqlayıb.

Məlumata görə, Zelenski danışıqlar zamanı sülh razılaşmasının təmin olunması üçün Moskvaya qarşı "güclü mövqelərin" vacibliyini vurğulayıb. Avropa mediası Zelenski–Tramp görüşündən sonra mümkün dəyişikliklər gözlənildiyini, Avropa paytaxtlarında ehtiyatlı optimizmin hökm sürdüyünü yazır.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr