ABŞ-də maraqlı hadisə baş verib.
Publika.az ABC telekanalına istinadən xəbər verir ki, Nyu-York meri sakinlərə son zamanlar yağan güclü qar fonunda evdə qalıb ölkədə doğum nisbətini artırmaq üçün çalışmağı tövsiyə edib.
"Evdə qalın. Bu, uşaq planlaşdırmaq üçün yaxşı bir gündür", - deyə mer telekanala müsahibəsində bildirib.
Mer özü müsahibəsində məlum istirahət günlərində nə edəcəyini açıqlamasa da, vətəndaşlara "hazırki havadan zövq almağı" tövsiyə edib.