Peru sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 700 mindən çox əhalisi olan Truxilyo şəhərindən 94 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 66 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil ol mayıb.
"Cebheinfo.az"