AZ

ABŞ-ı qəzəbləndirəcək sözlər – Lavrov 21 il öncəyə işarə etdi

“Rusiya Tayvan boğazında vəziyyətin gərginləşəcəyi təqdirdə dövlət birliyinin və ərazi bütövlüyünün qorunması məsələsində Çini dəstəkləyəcək”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər Tayvan boğazında vəziyyətin mümkün kəskinləşməsindən danışırıqsa, belə hallarda görüləcək addımlar 16 iyul 2001-ci il tarixli Rusiya–Çin mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında əsas müqavilədə öz əksini tapıb.

Bu sənəddə təsbit olunan əsas prinsiplərdən biri dövlət birliyinin və ərazi bütövlüyünün qorunması məsələsində qarşılıqlı dəstəkdir”, – deyə nazir vurğulayıb./Globalinfo.az

Seçilən
61
1
turkustan.az

2Mənbələr