Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qəzza sektorunda vəziyyət qeyri-sabit olaraq qalır və dayanıqlı sülhün təmin edildiyini demək hələ tezdir.
Leqal.info xəbər verir ki, o, bu barədə TASS-a 2025-ci ilin yekunlarına dair müsahibəsində danışıb.
“Qəzzada vəziyyət hələ də kövrəkdir. Dayanıqlı sülhün bərqərar olmasından danışmaq tezdir”, – deyə nazir vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlar mütəmadi daxil olur, humanitar yardımın gətirilməsi və paylanması isə ciddi məhdudiyyətlərlə üzləşir.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta