AZ

Ermənistan rəsmən açıqladı: Tezliklə bu məhsullar Azərbaycan bazarında satılacaq

Ermənistandan Azərbaycana ixrac mümkündür.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bu gün, dekabrın 28-də jurnalistlərlə söhbətində bildirib.

"Təkcə idxal deyil, həm də ixrac mümkündür. Bir az gözləyin, hər şey mümkündür. Biz Gürcüstan Dəmir Yollarından kifayət qədər rəqabətli qiymət aldıq, ona görə də çoxlu imkanlar var. Düşünürəm ki, Gürcüstan və Azərbaycan tərəfləri tezliklə daha bir uğurlu müqavilə elan edəcəklər və biz bunu təsdiqləyəcəyik", - nazir bildirib.

“NEWS.am” Ermənistanın Azərbaycana nə təklif edə biləcəyi ilə bağlı sualına cavab olaraq Papoyan belə cavab verib: "Malların siyahısı var: alüminium, heyvandarlıq, meyvə-tərəvəz, müəyyən içkilər və müxtəlif növ tekstil məmulatları. Beləliklə, iş gedir və danışıqlar aparılır".

Seçilən
44
3
publika.az

5Mənbələr