AZ

Rusiya qüvvələri Zaporojye və Donetsk istiqamətlərində irəlilədi

Ukraynanın “DeepState” analitik layihəsinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin Qulyaypole (Gulyaypole) və Donetsk vilayətinin Mirnoqrad istiqamətlərində irəliləyiş əldə edib.

NOCOMMENT.az xəbər verir ki, məlumatda qeyd olunur ki, Rusiya qüvvələri Donetsk vilayətində Pokrovsk istiqamətində də mövqelərini gücləndirib. Bundan əlavə, Zelyonoye, Rodinskoye, Çervonıy Liman və Novoekonomicheskoye yaşayış məntəqələri yaxınlığında da RF ordusunun taktiki uğurlara nail olduğu bildirilir.

DeepState-in xəritə və təhlillərinə əsasən, qeyd olunan istiqamətlərdə döyüşlər intensiv xarakter daşıyır və tərəflər arasında mövqelər uğrunda mübarizə davam edir.

Mövcud vəziyyət cəbhə xəttində dinamik dəyişikliklərin baş verdiyini göstərir.

Seçilən
58
nocomment.az

1Mənbələr