AZ

Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlunun idarə etdiyi QAZ-31 markalı avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
59
8
far.az

9Mənbələr