AZ

NATO-nun gələcəyi sual altındadır – Lavrov

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası sənədi ilk dəfə olaraq NATO-nun genişlənməsi ideyasını şübhə altına alır.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, sənəd formal olaraq Rusiya ilə dialoqa zidd görünməsə də, Moskva Vaşinqtonun mövqeyini konkret addımlara əsasən qiymətləndirəcək. O qeyd edib ki, Qərb ölkələri Tayvanın maliyyə resursları və texnologiyalarından faydalanmaq niyyətindədir.

Nazir vurğulayıb ki, Rusiya Tayvanın istənilən formada müstəqilliyinə qarşıdır. Eyni zamanda Lavrov Qəzza zolağında davam edən vəziyyətə toxunaraq, orada dayanıqlı sülhün bərqərar olmasından danışmağın hələ tez olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya əvvəlki kimi Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.

Sergey Lavrov İranın mövcud təxribatlar fonunda maksimum təmkin nümayiş etdirdiyini qeyd edib. Yaponiya ilə bağlı məsələyə də toxunan Rusiya XİN başçısı Tokioya sürətləndirilmiş militarizasiya kursunu “yaxşıca ölçüb-biçməyi” tövsiyə edib.

Seçilən
42
nocomment.az

1Mənbələr