AZ

"Arsenal" "Milan"ın müdafiəçisini transfer etmək istəyir

İngiltərənin "Arsenal" klubu İtaliya təmsilçisi "Milan"ın 19 yaşlı müdafiəçisi Davide Bartezaqiyə maraq göstərir.

"Report" "Caughtoffside" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Mikel Arteta qış "transfer pəncərəsi"ndə müdafiə mövqeyini gücləndirmək üçün namizədləri nəzərdən keçirir və Bartezaqi adlar içərisində prioritet oyunçulardan hesab olunur.

Mənbənin məlumatına görə, "Milan" futbolçunu təxminən 45 milyon avroya satmağa hazırdır, lakin klub bu barədə hələ qərar verməyib və gənc oyunçunun gələcəyi ilə bağlı gözləmə mövqeyindədir.

Qeyd edək ki, Davide Bartezaqi cari mövsüm bütün turnirlərdə ümumilikdə 13 oyuna çıxıb 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.

Seçilən
51
far.az

1Mənbələr