AZ

Mask: "ABŞ demokratiyanı itirə bilər"

"ABŞ təkpartiyalı dövlətə çevrilə və demokratiyasını itirə bilər".

Bunu iş adamı İlon Mask X hesabında yazıb. Onun sözlərinə görə, buna radikal solçu siyasətçilərin qanunsuz immiqrasiyanı təşfiq etmələri səbəb olacaq:

"Radikal solçular uzun müddətdir ki, seçkilərdə qalib gəlmək və Amerikanı təkpartiyalı dövlətə çevirmək, əsl demokratiyanı məhv etmək üçün çox sayda qanunsuz (və bəzi hallarda qanuni) immiqrantı gətirmək və saxlamaq üçün saxta hökumət proqramlarından istifadə edirlər. Bunu nə qədər çox izləsəniz, vergilərinizin nəyə yönəldiyindən və bu proses dayandırılmasa, səsinizin əhəmiyyəti olmayacağından bir o qədər dəhşətə gələcəksiniz".

Mask hesab edir ki, eyni vəziyyət Avropada, Böyük Britaniyada, Kanadada, Avstraliyada və Yeni Zelandiyada baş verir.

Prezident Donald Tramp isə iddia edir ki, qanunsuz immiqrantların çıxarılmasından sonra ABŞ iş yerləri yaradıb və cinayətkarlığı aradan qaldırıb. O, "TruthSocial"-da yazıb:

"ABŞ-dəcinayətkarlıq tarixin ən aşağı səviyyəsindədir. Bu, əsasən tarixin cənub sərhədindəki ən uğurlu əməliyyatla bağlıdır".

ABŞ Prezidenti əlavə edib ki, eyni səbəbdən ABŞ-da məşğulluq tarixdə ən yüksək səviyyədədir.

“Cebheinfo.az”

Seçilən
43
cebheinfo.az

1Mənbələr