AZ

Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım ayırır


Kanada Ukraynaya əlavə 2,5 milyard dollar məbləğində iqtisadi yardım ayıracaq.
Yeniavaz.com
xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni “Reuters”ə müsahibəsi zamanı deyib.
O bildirib ki, bu yardım Ukraynanın Beynəlxalq Valyuta Fondundan maliyyə vəsaitləri cəlb etməsinə kömək edəcək.
Bu açıqlamanı o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı verib. Zelenski həmçinin görüşdən sonra jurnalistlərlə qısa söhbət edib.
Qeyd edək ki, Ukrayna Prezidenti ABŞ-yə səfər etməzdən əvvəl Kanadaya gedib.
Seçilən
26
yeniavaz.com

1Mənbələr