AZ

Sumqayıtda bir gündə 4 nəfər dəm qazından zəhərlənib

Sumqayıt şəhəri və ətraf qəsəbələrdə bir gün ərzində 4 nəfərin dəm qazından zəhərlənməsi faktı qeydə alınıb.

Yaşıl dərə yaşayış massivində yerləşən fərdi evdə 2006-cı il təvəllüdlü Əliyeva Növrəstə Afiq qızı dəm qazından zəhərlənib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Oxşar hadisə Corat qəsəbəsində baş verib. 2010-cu il təvəllüdlü Camalov Firudin Sergey oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə tibbi yardım alıb.

Beton zavodu ərazisində isə İsmayılov Nurlan Elxan oğlu dəm qazından zəhərlənib.

Ceyranbatan qəsəbəsində baş verən digər hadisə zamanı 1994-cü il təvəllüdlü Həmidov Aləstə Xalid oğlu dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onun da vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktlarla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
56
nocomment.az

1Mənbələr