AZ

Əgər miqreniniz varsa, heç vaxt bu 2 içkini birlikdə içməyin

Miqrendən əziyyət çəkənlər üçün bəzi içki kombinasiyaları ciddi risk yarada bilər. Nevroloqlar xəbərdarlıq edirlər ki, spirt və kofeinin birlikdə qəbulu, xüsusən də Espresso Martini kimi içkilər, beyində iltihabi reaksiyanı gücləndirərək ağır miqren tutmalarına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, miqren yalnız stress və ya yuxusuzluqla bağlı deyil, genetik əsaslı mürəkkəb nevroloji xəstəlikdir. Dr. Nada Hindiyeh və Dr. Fred Koen bildirirlər ki, spirt və kofeinin eyni vaxtda qəbulu beyində ağrı mexanizmlərini aktivləşdirən təhlükəli bir təsir yaradır.

Spirtli içkilər orqanizmdə susuzlaşmaya səbəb olur və damarları genişləndirir. Bu proses miqren ağrısını tetikləklə yanaşı, histamin və tiramin kimi maddələr vasitəsilə ağrını daha da gücləndirə bilər. Kofein isə bu ağrını müvəqqəti gizlədir və nəticədə daha çox spirt qəbuluna yol açır.

Nevroloqlar vurğulayır ki, kofein istifadəsində ardıcıllıq çox vacibdir. Gündəlik vərdişdən kənara çıxmaq, xüsusilə spirtlə birlikdə qəbul edildikdə, yuxu rejimini pozur və miqren riskini artırır.

Mütəxəssislər miqreni olan şəxslərə sosial mühitlərdə daha diqqətli olmağı və davamlı, güclü ağrılar zamanı mütləq nevroloqa müraciət etməyi tövsiyə edirlər. Qeyd olunur ki, müasir müalicə üsulları sayəsində miqrenlə yaşamaq məcburiyyət deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
23
e-saglam.az

1Mənbələr