BAKI, 28 dekabr. TELEQRAF
İtaliyanın cənubunda yerləşən Etna vulkanı 400 metr hündürlüyə lava püskürüb.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Bildirilib ki, vulkanın yenidən aktivləşməsi nəticəsində böyük tüstü və kül sütunu yaradıb.