AZ

“Qarabağ”ın oyunçularının dəyəri azalıb

“Qarabağ”ın bir neçə oyunçusunun dəyəri azalıb.

İdman.Biz Transfermarkt portalına istinadla xəbər verir ki, ən çox dəyəri azalan qapıçı Fabian Buntiçdir. Onun qiyməti 700 min avrodan 500 minə düşüb. Qolkiper bu mövsüm Premyer Liqada 2 matça çıxıb.

Müdafiəçi Bədavi Hüseynovun dəyəri isə 2020-ci ildən mütəmadi olaraq azalmağa başlayıb. Həmin dövrdə dəyəri 1 milyon avro olan müdafiəçinin dəyəri bu günə 125 min avrodur. Hüseynov cari mövsümdə səkkiz oyunda meydana çıxıb.

Cəmi iki oyunda meydana çıxan müdafiəçi Abbas Hüseynov 100 min dəyər itirərək 500 min avroya düşüb.

İyun ayında "Rayo Vallekano"dan "Qarabağ"a transfer olunan və altı oyunda meydana çıxan yarmmüdafiəçi Joni Montiel də 100 min dəyər itirib. Onun hazırda bazar dəyəri 700 min avrodur.

Səkkiz oyunda forma geyinmək şansı əldə edən 23 yaşlı hücumçu Musa Qurbanlının qiyməti də 50 min avro azalaraq 700 min olub. Musa bu mövsüm səkkiz oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Qarabağ”ın heyətində digər dəyər itirən isə kapitan Abdullah Zubirdir. 15 oyunda meydana çıxan sol cinah vingerinin qiyməti 450 min avrodan 400 minə düşüb.

Hücumçu Ramil Şeydayev də dəyər itirən futbolçular sırasındadır. Cəmi altı oyunda meydana çıxan hücumçunun hazırda bazar dəyəri 700 min avrodur və onun yay transfer dövründə qiyməti 800 min olub.

İdman.Biz
Seçilən
39
1
idman.biz

2Mənbələr