AZ

Tərtərdə ağır QƏZA: Yaralıların vəziyyəti açıqlandı

Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 28.12.2025-ci il tarixdə saat 10:50-də Tərtər rayonunun İlxıçılar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1971-ci il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi diaqnozu, 1993-cü il təvəllüdlü şəxsə isə döş qəfəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

Moderator.az Oxu.Az - a istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
moderator.az

1Mənbələr