AZ

DYP dağlıq ərazilərdə hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bakı. Trend:

Hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində havaşəraitinin dəyişkənliyi, qar yağması, duman, eləcə də yolların buzbağlaması müşahidə olunur. Mövcud hava və yol şəraiti həministiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əlavədiqqət və məsuliyyət tələb edir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət YolPolisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Baş Dövlət Yol Polisi İdarəsi həmin ərazilərdə gücləndirilmişrejimdə xidmət aparır və yol hərəkətinin təhlükəsizliyinin təminedilməsi məqsədilə nəzarət tədbirləri intensivləşdirilib.

Aparılan müşahidələr göstərir ki, qarlı və buzlu yol şəraitindədağlıq ərazilərdə sürücülük təcrübəsi kifayət qədər olmayanşəxslərin iştirakı ilə, xüsusilə mürəkkəb yol şəraitinə hazırlıqsızsürücülər arasında yol-nəqliyyat hadisələrinə daha çox rastgəlinir. Bu isə bir daha onu göstərir ki, dağlıq ərazilərə xas yolvə hava şəraitində avtomobil idarə etmək risklərin qabaqcadandüzgün qiymətləndirilməsini, vəziyyətə uyğun qərar verməyi vəxüsusi təcrübə tələb edir.

Sürücülərin diqqətinə çatdırılır:

- Dağlıq ərazilərə səfər etməzdən əvvəl hava və yol şəraitibarədə məlumat əldə edin;
- Nəqliyyat vasitəsinin texniki sazlığına xüsusi diqqətyetirin;
Qarlı və buzlu yol sahələrində sürət həddini azaldın;
- Təhlükəsiz ara məsafəsini qoruyun;
- Qəfil manevr və kəskin əyləclərdən çəkinin;
- Mövsümə uyğun təkərlərdən istifadə edin;
- Dumanlı hava şəraitində işıq cihazlarından yol hərəkətiqaydalarına uyğun istifadə edin;
- Mövcud hava və yol şəraitində sürücülük təcrübəsi kifayət qədərolmayan sürücülərə, o cümlədən xanım sürücülərə dağlıq ərazilərdəhərəkət zamanı daha ehtiyatlı olmaları, zərurət olmadıqda isəsəfərləri təxirə salmaları tövsiyə olunur.

Unutmayın: Yolda verilən hər bir qərar məsuliyyət tələb edir.Mövcud şəraitə uyğun davranış həm sizin, həm də digər yol hərəkətiiştirakçılarının təhlükəsizliyinin əsas təminatıdır.

Seçilən
46
38
az.trend.az

10Mənbələr