AZ

Kroos karyerasının ən inanılmaz matçının hansı oyun olduğunu dedi

"Real Madrid"in sabiq yarımmüdafiəçisi Toni Kroos karyerasının ən inanılmaz oyununun hansı matç olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, o, "YouTube" üzərindən yayımlanan "Romario TV"yə danışıb.

"Bu, Çempionlar Liqasının 2017-ci ildəki finalıdır. Həmin qarşılaşmada "Yuventus"u 4:1 hesabı ilə məğlub etmişdik".

Xatırladaq ki, Kardiffdə baş tutan həmin qarşılaşmada "Real"ın heyətində Kriştianu Ronaldu dubl etmiş, digər qollara Kazemiro və Marko Asensio imza atmışdılar. "Yuventus"dan isə Mario Mancukiç fərqlənmişdi.

Nihat

Seçilən
3
1
fanat.az

2Mənbələr